• Bakı 19° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Xankəndidə təxribat törədən erməni əsilli şəxsin son durumu AÇIQLANDI

HADİSƏ

15 Sentyabr 2025 | 18:30

Xankəndidə təxribat törədən erməni əsilli şəxsin son durumu AÇIQLANDI

Xankəndidə avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərərək xəsarət yetirən erməniəsilli şəxsin durumu məlum olub.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, sentyabrın 14-də Xankəndi şəhərində təxribat törədən erməniəsilli 1967-ci il təvəllüdlü (kişi cinsli) şəxs müxtəlif bədən xəsarətləri ilə Xankəndi şəhərindəki tibb müəssisəsinə hospitalizasiya olunub:

"Həkim-mütəxəssislər tərəfindən pasiyent üzərində cərrahi əməliyyat icra olunub, zəruri instrumental-diaqnostik müayinələr təyin olunub. Hazırda müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti kafi olaraq qiymətləndirilir".


SON XƏBƏRLƏR