• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Deputat vətəndaşı məhkəməyə verdi

CƏMİYYƏT

15 Sentyabr 2025 | 19:17 | Müəllif: Subhan Mahmudov

Deputat vətəndaşı məhkəməyə verdi

Naxçıvan Ali Məclisinin deputatı vətəndaşın xüsusi ittiham qaydasında cəzalanmasını istəyir.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əli Abbasov rayon sakini Simuzər Yusifovanın onun haqqında böhtan atdığı iddia edərək Şərur rayon Məhkəməsinə müraciət edib.

Deputat Simuzər Yusifovanın Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cəzalanmasını tələb edib.

Bu gün Şərur rayon Məhkəməsində Əli Abbasovun xüsusi ittiham qaydasında şikayəti icraata götürülüb.

Məhkəmənin baxış iclası sentyabrın 22-ə təyin edilib. 

Qeyd edək ki, məhkəmədə depuatat ittihamçı, S. Yusifova isə cavabdeh kimi təmsil olunacaq. Deputatın iddiası təmin edilərsə, qadın 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026