• Bakı 19° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Rusiya hakimiyyəti kələfin ucunu itirib: Kreml hazırkı vəziyyətini doğru qiymətləndirə bilmir

SİYASƏT

15 Sentyabr 2025 | 16:42

Rusiya hakimiyyəti kələfin ucunu itirib: Kreml hazırkı vəziyyətini doğru qiymətləndirə bilmir

"Rusiyanın sərgilədiyi mövqe və rəsmilərin açıqlamaları göstərir ki, Bakı-Moskva münasibətləri tezliklə qaydaya düşməyəcək".

Bu barədə siyasi şərhçi Həsrət Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Rusiya hakimiyyəti kələfin ucunu itirib:

"Moskva hazırkı vəziyyətini doğru qiymətləndirə bilmir. Azərbaycanın tələbi olduqca sadədir - müstəqillik, beynəlxalq hüquq və qonşuluq münasibətlərinə hörmət etmək. Rusiya hakimiyyəti isə təkcə bizə yox, bütün keçmiş SSRİ ölkələrinə öz əlaltısı kimi baxmaqdan əl çəkmək istəmir”.

Müsahibimiz qeyd eib ki, bu gün Vladimir Putin öz ölkəsini Urayna ilə müharibə bataqlığına hansı ağıl ilə sürümüşdürsə, eyni ağılla da bizimlə davranmağa çalışır. Onun sözlərinə görə, Rusiyada heç kim fərqində deyil ki, hədə-qorxu ilə dost deyil, yalnız düşmən qazanmaq olar. Maraqlıdır ki, rus ziyalıları da qorxudan səsini çıxarmır.\

Həsrət Rüstəmov: Rusiyada heç kim fərqində deyil ki, hədə-qorxu ilə dost deyil, yalnız düşmən qazanmaq olar

H.Rüstəmov Moskva ilə münasibətlərin ən azından yaxın gələcəkdə normala dönəcəyini düşünmür:

"Bakı tələblərində israr etməkdə haqlıdır və bu cür davam etməlidir. Heç bir güzəşt olmamalıdır. Beynəlxalq vəziyyət də sürətlə rus imperiyaçılığının əleyhinə həlqəni daraldır. Ona görə narahat olmamalıyıq. Görünür, Rusiya imperiyası çökməyincə xəstə ambisiyalarından əl çəkməyəcək".

Aydın Baxış


SON XƏBƏRLƏR