• Bakı 19° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq

DÜNYA

15 Sentyabr 2025 | 17:35

Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq

Rusiya qazının Ermənistana tədarükü 10 gün müddətinə dayandırılacaq.

Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" şirkətinin mətbuat xidmətindən bildirilib.

"16 sentyabr saat 09:00-dan 26 sentyabr saat 09:00-dək Rusiya Federasiyasının Stavropol diyarı ərazisində "Şimali Qafqaz- Zaqafqaziya" magistral qaz kəmərində planlı təmir işlərinin aparılması ilə əlaqədar bu kəmərlə Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq", - məlumatda qeyd olunub.

Bildirilib ki, Ermənistanda istehlakçılar daxili ehtiyatlar və İrandan əlavə həcmlər hesabına qazla təmin olunacaq.


SON XƏBƏRLƏR