“Ermənilər arasında hələ də köhnə ideologiyanı davam etdirənlər var”.
Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Əhəd Məmmədli Xankəndinin erməni əsilli sakininin silahlı təxribata cəhd etməsindən danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti, ümumiyyətlə, ərazilərimizdə yaşayan ermənilərə həmişə öz humanistliyini nümayiş etdirib:
“Vətən müharibəsindən sonra da erməni əsilli vətəndaşlara Xankəndidə qalmağa, yaşamağa imkan yaradır, onlara qarşı ayrı-seçkilik edilmir. Üstəlik, Azərbaycan-Ermənistan arasında sülh prosesi gedir. Buna rəğmən, üzləşdiyimiz mənzərəyə baxın. İlanların başı əzilməlidir, çünki nə vaxtsa sancmayacaqlarına qarantiya yoxdur”.
Əhəd Məmmədli, siyasi şərhçi
Müsahibimiz vurğulayıb ki, erməni elə bir toplumdur ki, balaca imkan tapanda, əlinə fürsət düşən kimi əsl xislətini ortaya qoyur. Dediyinə görə, belə çıxır ki, Ermənistanla sülh bağladıqdan, normal münasibət qurduqdan bir neçə il sonra ermənilər yenidən düşmənçilik toxumu səpəcəklər?!
“Əlinə avtomat alan, qumbara alan şəxs cinayətkardır, terrorçudur. Görünür, anti-terror əməliyyatları bəzilərinə hələ də dərs olmayıb", - deyə Əhəd Məmmədli vurğulayıb.
Qeyd edək ki, sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç qabaqcadan gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndidə keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır. K.Avanesyan hazırda həkim nəzarətindədir.
Aydın Baxış