• Bakı 20° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Xankəndidə daha bir məktəb istifadəyə veriləcək

CƏMİYYƏT

15 Sentyabr 2025 | 23:10

Xankəndidə daha bir məktəb istifadəyə veriləcək

"Hazırda Xankəndidə 12 məktəbəqədər və 25 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Şəhərdə yerləşən 4 nömrəli məktəbdə 1030 şagird təhsil alır, yaxın günlərdə isə ikinci məktəbin istifadəyə verilməsi nəzərdə tutulur”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib. O, bildirib ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura qayıdan hər bir məktəbyaşlı uşaq ümumi təhsilə cəlb olunub.

Emin Əmrullayev, həmçinin Bakı və ətraf ərazilərdə məktəblərin təmiri və yenidənqurulması ilə bağlı məlumat verib: “Xəzər, Binəqədi rayonlarında, Abşeronun Saray və Hökməli qəsəbələrində, eləcə də Sumqayıtda bir neçə məktəb təmir edilərək istifadəyə verilib. Binə qəsəbəsindəki sıxlıq da uşaq sayının tənzimlənməsi ilə aradan qaldırılıb. Paralel olaraq məcburi köçkün məktəblərinin fəaliyyəti də mərhələli şəkildə dayandırılır. İnanıram ki, qısa zamanda “Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkün məktəbi sayılan məktəblər ya bağlanacaq, ya da yerli məktəbə çevriləcək. Məcburi köçkün məktəblərimiz ənənəvi yurduna qayıtdıqda həmin məktəbin geri qayıtmayan şagirdləri mövcud məktəblərin kontingentinə yönləndirilir. Hesab edirəm ki, proses qənaətbəxş səviyyədə icra olunur”.


SON XƏBƏRLƏR

15 Sentyabr 2025