• Bakı 19° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Xalq artisti Hacı Murad Yegizarovun nəşi sabah Azərbaycana gətiriləcək

MƏDƏNİYYƏT

15 Sentyabr 2025 | 19:13

Xalq artisti Hacı Murad Yegizarovun nəşi sabah Azərbaycana gətiriləcək

Xalq artisti Hacı Murad Yegizarovun nəşi sabah Azərbaycana gətiriləcək.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xalq artistinin nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sabah – 16 sentyabr 2025-ci il tarixində Vətənə gətiriləcək.

Onun cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.

Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonra nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Hacı Murad Yegizarov uzun illər ərzində Azərbaycan teatr və kino sənətində silinməz izlər qoyub, yaratdığı obrazlarla milli səhnə mədəniyyətimizin inkişafına töhfə verib. Onun zəngin yaradıcılığı, yüksək peşəkarlığı və sənətə bağlılığı aktyor nəsilləri üçün nümunə olaraq daim xatırlanacaq.


SON XƏBƏRLƏR