• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO

CƏMİYYƏT

15 Sentyabr 2025 | 23:32 | Müəllif: Subhan Mahmudov

Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO

Bakıda sərinişinlə avtobus sürücüsü arasında insident yaşanıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

“Azland Plaza” şirkətinin rəhbəri Tağıyev Ramiz saytımıza bildirib ki, 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Qafarov Kamran Azər oğlu sərnişin tərəfindən döyülüb.

Bunu əks etdirən görüntülər də redaksiyamıza təqdim olunub.

İddiaya görə, insident sürücünün sərnişindən ödəniş etməsi tələbindən sonra baş verib.

Faktla bağlı polisə məlumat verilib.

DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, baş verən insidentlə bağlı Nizami RP-nin 23-cü Polis Bölməsində araşdırma aparılır. Zərərçəkən şəxsin izahatı alınıb.

Əməli törədən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026