• Bakı 20° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Azərbaycanda gələn il icmal büdcə 49 milyard manata yaxın olacaq

İQTİSADİYYAT

16 Sentyabr 2025 | 01:20

Azərbaycanda gələn il icmal büdcə 49 milyard manata yaxın olacaq

 2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 44 milyard 825,3 milyon manat, xərclərinin isə 48 milyard 683,1 milyon manat olacağı gözlənilir.

Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2 % və 2,2 % çoxdur.

Son nəticədə icmal büdcədə 3 milyard 857,8 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 4,9 % çoxdur. 


SON XƏBƏRLƏR

15 Sentyabr 2025