"İl ərzində ali məktəbdə bir tələbənin həkim hazırlığına 8 min manat vəsait xərclənir. Mühəndislik və digər ixtisaslarda isə bu rəqəm 2500 – 3000 manat arasında dəyişir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib. Nazir vurğulayıb ki, göstərilən rəqəmlər dövlət sifarişi əsasında maliyyələşən ixtisaslara aiddir:
“Kadr hazırlığında ucuz və keyfiyyətli formul işləmir. Çox vaxt insanlar düşünürlər ki, az vəsaitlə yüksəksəviyyəli mütəxəssis yetişdirmək mümkündür. Bu, reallığa uyğun deyil. Azərbaycan - Türkiyə Universiteti, Azərbaycan - İtaliya Universiteti, ADA Universiteti kimi ali təhsil müəssisələrində xərclər daha yüksəkdir”.