• Bakı C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Ukrayna Rusiya sərhəd zastavasını vurdu

DÜNYA

22 Mart 2025 | 23:18

Ukrayna Rusiya sərhəd zastavasını vurdu

Martın 21-də Ukrayna ordusunun Hərbi Hava Qüvvələri Rusiyanın Belqorod vilayətinin Qlotovo şəhərindəki Rusiya sərhəd zastavasının nəzarət məntəqəsinə uğurla zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Rus bölmələrinin gücləndirilmiş kamuflyaj tədbirlərindən istifadə etməsinə baxmayaraq, ukraynalı pilotlar düşmən hədəfini məhv ediblər. Zərbə nəticəsində rabitə və digər texniki avadanlıqlar sıradan çıxıb", - məlumatda deyilib.

Vurğulanıb ki, bu nəzarət məntəqəsinin vurulması Rusiya qoşunlarının Sum və Xarkov vilayətlərində Ukrayna ordu bölmələrinə qarşı döyüş əməliyyatları aparmaq imkanlarını xeyli zəiflədir.


SON XƏBƏRLƏR

28 Aprel 2025