• Bakı 22° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Ömer Çelik: Terror dəftərini tamamilə bağlayacağıq

DÜNYA

21 Aprel 2025 | 20:41 | Müəllif: Subhan Mahmudov

Ömer Çelik: Terror dəftərini tamamilə bağlayacağıq

Terror dəftərini tamamilə bağlayacağıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik brifinqdə çıxışında deyib.

O, terrorla mübarizənin davam edəcəyinə diqqət çəkib.

Ö.Çelik qeyd edib ki, Türkiyənin ən böyük gücü demokratiyanın gücüdür.

O bildirib ki, dünyada qüvvələr balansı dəyişir:

"ABŞ-də Donald Tramp hakimiyyətə gələndən sonra rəsmi Vaşinqtonun rüsum siyasəti bu məsələdə xüsusi rol oynayır. Şimalımızda Rusiya-Ukrayna müharibəsi, cənubumuzda Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə yeni hökumətin qurulması və sair məsələləri xüsusi qeyd etmək istəyirəm”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026