• Bakı 18° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Kadırovun oğlu 10 gün ərzində ikinci medalını aldı

DÜNYA

21 May 2025 | 19:26

Kadırovun oğlu 10 gün ərzində ikinci medalını aldı

Çeçenistan rəhbərinin oğlu, 17 yaşlı Adam Kadırov Rusiya Milli Qvardiyasının inkişafındakı xidmətlərinə görə OMON-un “Axmat-Qala” medalı ilə təltif edilib.

Bakıvaxtı.az xəbər verir ki, o, əvvəlki mükafatını ötən həftə, mayın 12-də alıb.

Adam Kadırov "fəal təşəbbüsə, döyüş tapşırıqlarının yerinə yetirilməsində köməyə və Rosqvardiya bölmələrinin inkişafına mühüm töhfəyə görə" təltif edilib. Medalı bölük komandiri Əbdül-Kərim Kadırov təqdim edib.

Mayın 12-də Ramzan Kadırovun oğlu Adam “Axmat-Qroznı” OMON-una 25 il” yubiley medalı ilə təltif olunub. Mərasimdə Belarusdan Minsk Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər Baş İdarəsinin OMON-unu təmsil edən nümayəndə heyəti də iştirak edib.

15 yaşında Adam Kadırov Çeçenistan rəhbərinin təhlükəsizlik xidmətinin ən gənc rəhbəri olub. 2025-ci ilin aprel ayından Daxili İşlər Nazirliyinin regional idarəsinin kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ay Adam Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi olub.


SON XƏBƏRLƏR

21 May 2025