• Bakı 17° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

ABŞ-də bayraqlar endirildi

DÜNYA

21 Aprel 2025 | 20:14

ABŞ-də bayraqlar endirildi

ABŞ Prezidenti Donald Tramp Roma Papası Fransisin ölümü ilə əlaqədar ABŞ bayraqlarının yarıya qədər endirilməsi haqqında sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, sərəncama əsasən bütün ictimai binalarda və ərazilərdə, hərbi postlarda və dəniz limanlarında, paytaxtdakı federal hökumət idarələrində və bütün ABŞ-da, o cümlədən Birləşmiş Ştatların xaricdəki səfirlikləri, nümayəndəlikləri, konsulluq idarələri və digər obyektlərində dəfn olunma günü gün batana qədər bayraqlar yarıya qədər endirilmiş vəziyyətdə qalacaq.

“O yaxşı insan idi. O dünyanı sevirdi və bunu etmək şərəfdir”, - deyə ABŞ Prezidenti sərəncamla bağlı deyib.


SON XƏBƏRLƏR

09 May 2025