• Bakı -0° C

    10.45 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Avropanın 20 ölkəsindən Ukraynaya dəstək

DÜNYA

21 Fevral 2025 | 09:42

Avropanın 20 ölkəsindən Ukraynaya dəstək

ABŞ-ın Kiyevlə bağlı dəyişmiş siyasəti fonunda 20 Avropa ölkəsi və Kanada 3 ilə yaxındır Rusiyanın hərbi təcavüzünü dəf edən Ukraynaya yardımı davam etdirəcəklərini bəyan ediblər.

Bakıvaxtı.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən qeyri-rəsmi sammitdən sonra deyib: “Biz Ukraynanı dəstəkləyirik və Avropada sülh və təhlükəsizliyin təmin edilməsi üçün üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirəcəyik”.

Videobağlantıya Litva, Finlandiya, Kipr, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Estoniya, Yunanıstan, İrlandiya, İslandiya, Latviya, Norveç, Portuqaliya, İsveç, Sloveniya və Çexiyanın dövlət və hökumət başçıları qoşulublar.

Makrondan başqa, görüşdə şəxsən Rumıniya prezidenti səlahiyyətlərini icra edən İlie Bolojan və Lüksemburqun baş naziri Luk Friden də iştirak edib.

Emmanuel Makron vurğulayıb ki, Ukrayna daim sülhə nail olmaq səylərində iştirak etməlidir və onun hüquqlarına hörmət edilməlidir. Bundan əlavə, onun sözlərinə görə, Avropa ölkələrinin təhlükəsizlik narahatlıqlarını nəzərə almaq lazımdır. Fransa prezidenti vurğulayıb ki, sülh davamlı olmalı və etibarlı təminatlarla müşayiət olunmalıdır


SON XƏBƏRLƏR

21 Fevral 2025