Prokurorlar İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun şəhərin Ədliyyə Sarayında dindirilməsini başa çatdırıblar.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadən xəbər verir.
İmamoğlu barəsində həbs-qətimkan tədbiri ilə bağlı məhkəmənin qərarının bu gün səhər saatlarında çıxarılacağı gözlənilir.
***
00:47
İstanbul Boyüksəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun "Şəhər uzlaşması" istintaqı çərçivəsində verdiyi ifadə 1 saatda tamamlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bunun ardınca onun "korrupsiya” istintaqı çərçivəsində dindiriləcəyi bildirir.
***
23:29
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və digər 90 şübhəli iki istintaq üzrə prokurorlar qarşısında dindirilir.
Bu barədə Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir.
Şübhəlilərdən ifadə almaq üçün 30 prokuror təyin edilib. Dindirilmə başa çatdıqdan sonra onlar iş materiallarının məhkəməyə verilməsi ilə bağlı qərar verəcək və məhkəmə növbəti həbs-qətimkan tədbirini seçəcək.
Qeyd edək ki, Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.
***
20:11
İstanbul Böyükşəhər Bələdiyyəsini (İBB) hədəf alan “korrupsiya” və “terror” araşdırmaları çərçivəsində saxlanılan İBB Bələdiyyə Başçısı Əkrəm İmamoğlu polis bölməsində ifadə verməsi prosedurları tamamlandıqdan sonra Çağlayandakı İstanbul Ədliyyəsinə sövq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.