• Bakı C

    4.35 m/s

  • USD - 1.7

    EUR - 1.7708

    RUB - 1.7061

Məmməd İsmayıl EVƏ BURAXILDI

CƏMİYYƏT

22 Yanvar 2025 | 12:58

Məmməd İsmayıl EVƏ BURAXILDI

​​​​​​​“Atam indi evdədir. Dünən axşam saatlarında evə gətirdik.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında şair Məmməd İsmayılın qızı İntizar İsmayıl deyib.

Onun sözlərinə görə, atasının vəziyyəti indiki halda normaldır:

“Amma xəstəxanaya aparanda yaxşı deyildi”.

İ.İsmayıl bildirib ki, şair xəstəxanaya aparıldıqda halsız, iştahsız idi və adları belə unudurdu. Dediyinə görə, atasından xəstəxanada analiz götürülüb və məlum olub ki, sidiyində çoxlu mikrob var. Adları unutması, halsız, iştahsız olması bundan qaynaqlana bilər.

“Atamın 85 yaşı var. Amma adları unutması birdən-birə oldu. Biz də qorxub təcili xəstəxanaya apardıq. Bona Dea hıspitalı hər zaman getdiyimiz xəstəxanadır. Orada 6 gün müalicə aldı. İndi yaxşıdır. Adamları tanıyır, adları deyir, yemək yeyir. Xəstəxanada müdaxilələr oldu. Sistemlər köçürüldü. İndi evdə müalicə davam edir”.

Məmməd İsmayılın ötən ilin martında da o xəstəxanada müalivə aldığını xatırladan İntizar İsmayıl qeyd edib ki, o dönəm müalicə xərclərini Heydər Əliyev Fondu qarşılayıb:

“Amma indi öz hesabımıza olduğu üçün çox saxlaya bilmədik. Həm də bizə dedilər ki, müalicəsi artıq bitmək üzrədir”, - deyə şairin qızı qeyd edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR