Azərbaycan həqiqətlərini xarici ölkələrdə təhsil alan gənclərimiz öz universitetlərində hər zaman təbliğ edirlər. Pensilvaniyada yaşayam azərbaycanlı tələbə Nihat Həsən Pensilvaniya Universitetində Şanlı Zəfərdən danışıb.
Bu barədə Bakıvaxtı.az-a özü açıqlama verib:
Azərbaycan Prezidenti İlham Əliyevin 10 noyabr 2020-ci ildə etdiyi çıxışından danışan Nihat Həsən, universitet tələbələrinə dövlətimizin başçısının bu çıxışı Azərbaycanın işğal altında olan torpaqlarını geri aldıqdan sonra etdiyini xatırladıb:
“Çıxışında Əliyev hərbi qələbəni qeyd etdi və bu uğurda canından keçən şəhidlərimizi andı. Amma bu sadəcə bir qələbə elanı deyildi - bu, xalqı səbrli, qürurlu olmağa və gələcəyə ümidlə baxmağa çağırış idi. Əliyevin çıxışı bütün ölkə üzrə yayımlandı və milyonlarla insana çatdı".
N.Həsən çıxışında bildirib ki, vətəndaş iştirakçılığı təkcə səsvermə və ya könüllü olmaqdan ibarət deyil; bu, həm də liderlərin öz səslərindən istifadə edərək cəmiyyəti ilhamlandırması və çətin anlarda bir araya gətirməsidir. İlham Əliyev də məhz bunu etdi. O, sadəcə qələbəni elan etmədi, eyni zamanda insanların fədakarlığını və yaşadıqları ağrını qəbul etdi. Bu çıxış zamanı bütün ölkə sanki dayandı, qulaq asdı və bir-birinə daha da bağlandı:
"Çıxışın təsiri insanların gündəlik həyatında da hiss olundu. Müəllimlərdən biri oğlunu müharibədə itirən bir ata bu qələbə elanından sonra müəyyən mənada təsəlli tapdı. Bu, nitqin cəmiyyət üzərindəki gücünü və emosional təsirini bir daha nümayiş etdirdi.
Prezident Əliyevin çıxışı təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpasını qeyd etməklə kifayətlənmədi, eyni zamanda ölkənin gələcəyə inamla baxdığını, müharibənin açdığı yaraların sağalması və ölkənin yenidən qurulması üçün qətiyyətli addımlar atacağını dünyaya bəyan etdi",- deyə azərbaycanlı tələbə qeyd edib.
Nuriyyə Musayeva