“Süni intellekt bəzi məqamlarda insanları qabaqlayır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumunda Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
Onun sözlərinə görə, süni intellektin bütün sahələrə müdaxiləsi nəinki istisna deyil, belə də olacaq:
“Bu, reallıqdır. Ədalət mühakiməsinin həyata keçirilməsi məsələsində isə qeyd edim ki, bu artıq digər ölkələrdə var. Amma bütün qərarların arxasında insan dayanır”.
Mina Mikayılova