• Bakı C

    4.35 m/s

  • USD - 1.7

    EUR - 1.7708

    RUB - 1.7061

Bələdiyyə sədrinin məhkəməsinə şahidlərin məcburi gətirilməsi barədə qərar verilib

HADİSƏ

22 Yanvar 2025 | 11:10

Bələdiyyə sədrinin məhkəməsinə şahidlərin məcburi gətirilməsi barədə qərar verilib

Yeni Suraxanı bələdiyyəsinin sabiq sədri Fikrət Quliyevin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər iştirak etməyib.

    Bu səbəbə görə də, məhkəmə şahidlərin məcburi gətirilməsi ilə bağlı qərar qəbul edib.

    Proses fevralın 5-də davam etdiriləcək.

    Qeyd edək ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun qanunsuz əməlləri ilə bağlı araşdırma Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

    İstintaqla Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlara torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxsdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Fikrət Quliyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvət alma təkrar və külli miqdarda törədildikdə), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


    SON XƏBƏRLƏR