• Bakı C

    9.61 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Astaradakı faciədə həyatını itirənlər bağça uşaqları imiş - DETALLAR

HADİSƏ

21 Fevral 2025 | 10:17

Astaradakı faciədə həyatını itirənlər bağça uşaqları imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Astara rayonu Kijəbə qəsəbə ərazisində ölümlə nəticələnən yanğın hadisəsi olub. Fərdi yaşayış evində baş verən yanğın zamanı iki azyaşlı ölüb.

Bakıvaxtı.az hadisə barədə bir sıra məlumatlar əldə edib.

Belə ki, hadisə kənd sakinlərinə məxsus 2 mərtəbəli evdə olub. Yanğın nəticəsində həyatını itirən 2 azyaşlı məktəbəhazırlıq qruplarının uşaqları olub.

Məlumata görə, yanğın odun sobasının alışması nəticəsində baş verib.

Qeyd edilib ki, azyaşlıların valideynləri kənd təsərrüfatları ilə məşğul olan kənd sakinləridir.

Meyitlər daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.


SON XƏBƏRLƏR

21 Fevral 2025