Gəncədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası olub.
Bakıvaxtı.az xəbər verir ki, Nizami Gəncəvi prospektində 3 avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü R.Aslanov, 1998-ci il təvəllüdlü Ə.Əliyev və daha 2 nəfər isə yüngül xəsarətlər alıb.
R.Aslanov, Ə.Əliyev xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
16:45
Gəncədə zəncirvari yol qəzası olub.
Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki,şəhər ərazisində iki "KİA" və bir "Mercedes" markalı avtomobillərin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi olub.
İlkin məlumata görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.