• Bakı 22° C

    2.71 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Ağdaşda narkotik əməliyyatı - saxlanılanlar var

HADİSƏ

22 Yanvar 2025 | 10:10

Ağdaşda narkotik əməliyyatı - saxlanılanlar var

Ağdaş rayonunda polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat nəticəsində doqquz nəfər saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, əməliyyat zamanı Ağdaş rayon sakinləri olan doqquz nəfər - Anar Abdullayev, Niyazi İsmayılov, Nicat Məmmədov, Vüqar Kərimov, Qadir Qədirov, Pərviz Rəhimov, Gəray Əliyev, Tural Muradov və Sakit Baxışov saxlanılıblar. Onlardan üç kiloqrama yaxın marixuana aşkar olunub.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR