Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” (ƏMAS) altsistemində mövcud olan əmək müqavilələrinin 65 min 412-si əlilliyi olan şəxslərlə bağlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd olunub ki, həmin şəxslərdən 40 min 806-sı dövlət, 24 min 606-sı isə qeyri-dövlət sektorunda çalışır. Həmin şəxslər ən çox təhsil, səhiyyə, sosial müdafiə, topdan və pərakəndə ticarət və s. kimi fəaliyyət növləri üzrə əmək fəaliyyətinə cəlb olunublar.