• Bakı C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Sumqayıtda qəza - yaralılar var - YENİLƏNİB

İDMAN

22 Yanvar 2025 | 09:59

Sumqayıtda qəza - yaralılar var - YENİLƏNİB

Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 00:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər (kişi cinsli) şəxs hospitalizasiya olunub.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, sol baldır sümüyünün sınığı diaqnozu təyin edilən 1984-cü il təvəllüdlü şəxs tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

    Alının və üzün sağ yarısının cırılmış yarası diaqnozu təyin edilən 1992-ci təvəllüdlü şəxsə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

    ***

    09:20

    Sumqayıtda "Mercedes" məişət tullantısı daşıyan avtomobilə çırpılıb.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin "Çerkassi" küçəsində qeydə alınıb.

      Eyni istiqamətdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində 2 nəfər ağır xəsarət alıb.

      Yaralılar dərhal Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına çatdırılıb.

      Faktla bağlı araşdırma aparılır.


      SON XƏBƏRLƏR