• Bakı C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.7708

    RUB - 1.7061

Tramp istəsə... - Zelenski Ukraynanın NATO arzusundan DANIŞDI

DÜNYA

22 Yanvar 2025 | 11:22

Tramp istəsə... - Zelenski Ukraynanın NATO arzusundan DANIŞDI

“Hazırda dörd NATO ölkəsi Ukraynanın Alyansa qoşulmasının əleyhinədir”.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna prezident Vladimir Zelenski Beynəlxalq Media Şurasının nümayəndələri ilə görüşündə deyib.

Onun sğzlərinə görə, lakin ABŞ prezidenti Donald Tramp bu qərara qarşı çıxanlara təsir edə bilər.

Prezident qeyd edib ki, bəzi ölkələr Ukraynanın NATO-da olacağını bəyan ediblər:

"Bu, yalan sözlərdir, çünki onilliklər keçib və Ukrayna heç vaxt NATO-ya üzv olmayıb. Bu, vicdansızlıqdır".

Zelenskinin sözlərinə görə, Ukraynanın NATO-ya daxil olmasının əleyhdarları Rusiya Federasiyası ilə əvvəlki bəzi razılaşmalara müraciət edirlər.

"Niyə bizsiz birdən-birə bizim haqqımızda danışıqlar apardınız? Biz müstəqil ölkəyik. Mən başqalarının Ukraynaya olan hörmət səviyyəsini bərabərləşdirmək istərdim. Biz isə təhlükəsizlik zəmanəti üçün mübarizə aparırıq, NATO-da olmaq istəyirik, NATO ölkələrinin əksəriyyəti dəstəkləyir ”, - deyə o qeyd edib.

Zelenski Ukraynanını NATO-da üzvlüyünü dəstəkləməyən ölkələrin adını da açıqlayıb - ABŞ, Almaniya, Slovakiya və Macarıstan.

"Lakin hər şey ABŞ-dan asılıdır və əgər Tramp Ukraynanı NATO-da görməyə hazırdırsa, biz NATO-da olacağıq, hamı bunun tərəfdarı olacağıq. Əks halda, NATO-da olmayacağıq", - deyə Vladimir Zelenski vurğulayıb.

Murad Məmmədli


SON XƏBƏRLƏR