• Bakı C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

İmişlidəki qəzada zərərçəkənlər DİN-də qəbul edilib

CƏMİYYƏT

22 Yanvar 2025 | 09:23

İmişlidəki qəzada zərərçəkənlər DİN-də qəbul edilib

Yanvarın 18-də İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlər Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən qəbul edilib.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətindənbildirilib ki, qəbulda ailə üzvlərinə hadisənin təfərrüatları, maddi sübutlar – görüntülər göstərilib, aidiyyəti üzrə istintaqın gedişi ilə bağlı məlumat verilib.

Vurğulanıb ki, DİN tərəfindən  hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılır.

Görüşdə zərərçəkənləri maraqlandıran suallar cavablandırılıb.


SON XƏBƏRLƏR