Kinorejissor Ayaz Salayevin son günlərdə Rus dilinin tədrisinin ciddi şəkildə müdafiə etməsi müzakirələrə səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, onun bu sözlərinə qarşı əks açıqlamalar verənlər olsa da, Salayev fikrini müdafiə etməkdə israrlıdır.
O, bu barədə Musavat TV-yə açıqlama da verib:
“Hər dəfə Rusiya ilə münasibətlərimiz soyuyanda natamamlıq kompleksi olan adamlar bu məsələni qaldırır. Onlar Bakıda rusdilli məktəblərin bağlanmasını istəyir. Rus dili çox gözəl təhsil, mentalitet verir. Bizə yüksəkdüşüncəli insanlar lazımdır. Rus məktəbləri Azərbaycanda böyük işlər görür. Əgər bunu siz başa düşmürsünüzsə, danışmağımın mənası yoxdur”.
Ətraflı videoda: