• Bakı 20° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Naxçıvanda dönərdən kütləvi ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

CƏMİYYƏT

22 Mart 2025 | 19:27

Naxçıvanda dönərdən kütləvi ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

Naxçıvanda dönərdən zəhərlənən 6 nəfər evə buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinin növbətçi həkimi Nəzmin Allahverdiyeva deyib.

O qeyd edib ki, Mərkəzə Naxçıvan şəhərində fəaliyyət göstərən kafelərdən birində dönərdən zəhərlənən bir neçə nəfər daxil olub. Onlardan üçü azyaşlı olmaqla 6 nəfər ürək bulanmadan, qusmadan şikayət edib.

Xəstələr tibbi yardımlardan sonra evə buraxılıb.

 

***16:50

Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən, ikisi azyaşlı olmaqla altı nəfərin dönərdən zəhərləndiyi bildirilib.

Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən kafedə baş verdiyi məlum olub.

Faktla bağlı araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

23 Aprel 2025