• Bakı 24° C

    13.18 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Bakıda nəqliyyat sıxılığı aradan qaldırıldı

CƏMİYYƏT

21 Aprel 2025 | 16:47

Bakıda nəqliyyat sıxılığı aradan qaldırıldı

Bakıda əsas yol kəsişmələrindən birində svetoforun yaşıl işığının müddətinin artırılması pik saatlarda yaranan nəqliyyat sıxlığını aradan qaldırılıb.

Bakıvaxtı.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yayımladığı məlumata istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində svetoforun yaşıl işığının müddəti əvvəllər 32 saniyə olub. Bu da qeyd edilən istiqamətdə pik saatlarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinə təsir göstərir və nəqliyyat sıxlığının yaranmasına səbəb olurdu. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən həm yerində vizual baxış keçirməklə, həm də müşahidə kameralarının imkanlarından istifadə etməklə apardıqları təhlillər nəticəsində kəsişmədə olan svetoforun vaxt planında dəyişiklik edilərək, qurğunun yaşıl işığın müddəti səhər və axşam saatlarında 5 saniyə artırılıb. Nəticədə bu yolda nəqliyyat vasitələrinin rahat hərəkəti təmin olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Avqust 2026