• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Polis gücləndirilmiş iş rejimində - FOTOLAR

CƏMİYYƏT

21 Fevral 2025 | 01:02 | Müəllif: Subhan Mahmudov

Polis gücləndirilmiş iş rejimində - FOTOLAR

Kəskin hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən hazırda zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

Bildirilir ki, hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib:

“Digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, yerlərə qum və duz səpilir. Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.

Vətəndaşlardan daxil olan müraciətlərə çevik reaksiya verilir, bütün köməkliklər göstərilir.

Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.


Polis gücləndirilmiş iş rejimində - FOTOLARPolis gücləndirilmiş iş rejimində - FOTOLARPolis gücləndirilmiş iş rejimində - FOTOLARPolis gücləndirilmiş iş rejimində - FOTOLARPolis gücləndirilmiş iş rejimində - FOTOLARPolis gücləndirilmiş iş rejimində - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026