• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Bu ərazidə işıq olmayacaq

CƏMİYYƏT

22 Yanvar 2025 | 00:48 | Müəllif: Subhan Mahmudov

Bu ərazidə işıq olmayacaq

Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından qidalanan 35 kV-luq "Xanbulan" və 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından qidalanan 10 kV-luq 5 saylı Digah-Şiləvar hava xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 22-də elektrik xətləri sifarişə əsasən açılacaq. 

Bu barədə Bakıvaxtı.az-a "Azərişıq"dan bildirilib.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək rayonun Digah, Şiləvar, Kərgəlan, Şağlaküçə, Qurumba, Rvo, Şovu, Daştatük, Daşdalıqjar, Narbağı, Lüvəsər, Xanbulan, Parakənd, Bürcəli kəndləri, Kürə adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026