• Bakı -0° C

    11.72 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Sürücülərin nəzərinə: Bu nömrəyə məlumat verin - VİDEO

CƏMİYYƏT

20 Fevral 2025 | 20:58

Sürücülərin nəzərinə: Bu nömrəyə məlumat verin - VİDEO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib. 

Bakıvaxtı.az xəbər verir ki, müraciətdə deyilir:

"Hazırda müşahidə edilən güclü külək və qarlı hava şəraiti ilə əlaqədar paytaxt yollarında qəzaların baş verəcəyi (svetoforların vurulması ilə nəticələnən qəzalar da daxil) və nəqliyyat sıxlığının yaranacağı istisna edilmir. Yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkəti, yarana biləcək problemlərin vaxtında qarşısının alınması üçün Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib və texniki heyətin sayı artırılıb.

Operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edirik ki, paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər".

 


SON XƏBƏRLƏR