• Bakı C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

ABŞ-ın BMT-yə borcu 3 milyarda çatır

DÜNYA

22 Yanvar 2025 | 00:57

ABŞ-ın BMT-yə borcu 3 milyarda çatır

ABŞ-ın BMT-yə borcu 2,8 milyard dollardır ki, bunun da 1,5 milyard dolları dünya təşkilatının əsas büdcəsinə aiddir. 

Bkıvaxtı.az xəbər verir ki, bunu BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq deyib.

"ABŞ-ın BMT-nin adi büdcəsinə borcu 1,5 milyard dollardır. Əgər müntəzəm büdcəni, sülhməramlı missiyalar və tribunalların büdcəsini nəzərə alsaq, ümumi məbləğ 2,8 milyard dollar təşkil edir", - o, cavabında bildirib. 

Hak onu da xatırladıb ki, dünya təşkilatının müəyyən edilmiş qaydalarına görə, bir ölkənin borcu iki il ərzində BMT-nin adi büdcəsinə tələb olunan töhfələrin məbləğindən artıq olarsa, bu ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirir. BMT Baş Assambleyasının təsdiq etdiyi 2025-ci il üçün müntəzəm büdcəsi 3,72 milyard dollardır.

Vaşinqton BMT-nin əsas sponsorlarından biri olaraq qalır və 2022-ci ildə onun töhfələri təşkilatın ümumi büdcəsinin üçdə birindən çoxunu təşkil edib.


SON XƏBƏRLƏR

21 Yanvar 2025