Rusiya və Özbəkistanın Müdafiə nazirlikləri arasında Daşkənddə 2025-ci il üçün Əməkdaşlıq Planı və iki ölkə arasında hərbi sahədə 2026-2030-cu illər üçün Strateji Tərəfdaşlıq Proqramı imzalanıb.
Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sənədləri Rusiya və Özbəkistanın müdafiə nazirləri Andrey Belousov və Şuxrat Xalmuxamedov imzalayıblar.
Mərasim Rusiya müdafiə nazirinin Özbəkistana rəsmi səfəri çərçivəsində keçirilib.
Rusiya və Özbəkistanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün Əməkdaşlıq Planı iki ölkənin hərbi qurumlarının bütün fəaliyyət istiqamətləri üzrə 50 birgə tədbiri əhatə edir.