Kolumbiyanın şimalında silahlı qruplar arasında toqquşmalar nəticəsində 30 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Ombudsmen ofisi məlumat yayıb.
“Bu günə qədər ən azı 32 min insanın didərgin düşdüyü bildirilir. Onların əksəriyyəti Kukuta (15 086), Okanya (11 503) və Tibuya (5 300) gəlib”, - məlumatda deyilir.