• Bakı C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.7708

    RUB - 1.7061

Təhlükə potensiallı obyektlərin siyahısı genişləndirilir

SİYASƏT

22 Yanvar 2025 | 15:06

Təhlükə potensiallı obyektlərin siyahısı genişləndirilir

Azərbaycanda əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, “Texniki təhlükəsizlik haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Qanun layihəsinə əsasən, təhlükə potensiallı obyektlər vahid dövlət reyestrində qeydiyyata alınmalıdır.

Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub.

Hazırda qüvvədə olan qanuna görə, əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçirilir.


SON XƏBƏRLƏR