• Bakı C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.7708

    RUB - 1.7061

"Alzheimer” və “Parkinson” müalicəsində ümidverici İNKİŞAF

CƏMİYYƏT

22 Yanvar 2025 | 16:51

Alzheimer” və “Parkinson” müalicəsində ümidverici İNKİŞAF

Ankara Universiteti Tibb Mikrobiologiyası Bölümünün müəllimi Prof. Dr. Fikret Şahinin rəhbərliyində aparılan tədqiqatda, Alzheimer və Parkinson xəstəliklərində 50 ildən artıqdır istifadə olunan dərmanın bu xəstəlikləri necə müalicə etdiyi ilk dəfə olaraq ortaya qoyulub.

Bakıvaxtı.az xəbər verir ki, Prof. Dr. Şahin, Alzheimerin gələcəyin ən böyük xəstəliklərindən biri olacağına və 2050-ci ildə əhalinin 3-4%-nin bu xəstəliklə qarşılaşacağına diqqət çəkərək, yalnız Amerikada bu xəstəliklərin səbəb olduğu xəstə baxımı xərclərinin 20 trilyon dollara çatacağı proqnozlaşdırıldığını bildirib.

Alzheimer və Parkinson xəstəlikləri daxil olmaqla bir çox neyrodegenerativ xəstəliyin əsas yaranma səbəbinin hüceyrələrdəki zəhərli proteinlərin yanlış qatlanması və yığılması olduğunu bildirən Şahin, 10 illik tədqiqat nəticəsində bu xəstəliklərin yaranmasını düzəldə biləcək bir metodun müəyyən edildiyini açıqlayıb.

Prof. Dr. Şahin, tədqiqatının əslində artıq 50 ildir istifadə olunan bir dərmanla bağlı olduğunu qeyd edib: "Bu mövzuda dünyada 200 mindən çox nəşr olunmuş tədqiqat olmasına baxmayaraq, bu dərmanın necə təsir etdiyi hələ də bilinmirdi. Biz isə bunun necə təsir etdiyini aşkar etdik. Bu təsir mexanizması əslində Parkinson xəstəliyinin yaranma səbəblərindən biridir. Bu mexanizmanı tapdığınızda bəzi şeylər dəyişir. Müalicə planı dəyişəcək, müalicəyə başlama zamanı dəyişəcək və müalicə çox daha effektiv şəkildə həyata keçiriləcək. Mexanizmanın tapılması ictimai sağlamlıq baxımından çox gözəl bir hadisədir. Cavabın Türkiyədən çıxması isə ayrıca qürurvericidir."

Tədqiqatın nəticələrinin depressiya və digər mental xəstəliklərin müalicəsində də təsirli olacağına diqqət çəkən Şahin, “Neyrodegenerativ xəstəliklər, yalnız Alzheimer və Parkinson deyil, mental xəstəliklər üçün də çox əhəmiyyətli təsir mexanizması olduğunu, major depressiya da daxil olmaqla, daha əvvəl araşdırılmamış şizofreniya və digər mental xəstəliklərdə də çox effektiv müalicə olacağını düşünürəm. Bu ortaya çıxdıqdan sonra istifadə edilməyə başlanmalı, eksperimental istifadə və klinik nəticələri göstərilməlidir. Biz bunu da planlaşdırırıq” dedi.

Şahin Alzheimer, Parkinson və digər neyrodegenerativ xəstəliklərin əsasının proteinlərin çökməsi ilə əlaqəli olduğunu bildirərək, bunları əlavə edib: "Proteinlər normal funksiyalarını yerinə yetirə bilmək üçün pozulmamış olmalıdır. Əgər pozulursa, bunların aradan qaldırılması lazımdır. Biz bunu sadə bir üsulla ortaya qoyduq. Yalnız bir dərmanla və illərdir istifadə olunan bir dərmanın bu sistemi işə saldığını gördük. Bu sistem işə düşdükdə, gələcəkdə çökmələr qarşısı alınacaq. Bir çox xəstəlik, əsasən Alzheimer haqqında danışırıq, amma xərçəng, şəkərli diabet kimi bir çox xəstəlik əsasən 'pozuq proteinlərə qarşı yaranan reaksiya' nəticəsində yaranır. Bu müəyyən dərəcədə doğrudur. Bunlar da düzəlmiş olacaq. Bu yalnız Alzheimer və beyin xəstəlikləri ilə bağlı deyil, bir çox toxumanın xəstəliklərini aradan qaldıracaq."

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR