• Bakı C

    9.08 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Qarlı hava şəraiti davam edir - Faktiki hava

CƏMİYYƏT

21 Fevral 2025 | 15:33

Qarlı hava şəraiti davam edir - Faktiki hava

Fevralın 21-i saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, ölkə ərazisində soyuq, qarlı hava şəraiti davam edir.

    Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şahbuz, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağdam, Şuşa, Laçın, Füzuli, Zəngilan, Xankəndi, Qubadlıda qar yağır.

    Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.6 metrdir.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.


    SON XƏBƏRLƏR

    21 Fevral 2025