• Bakı C

    9.08 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Emin Əmrullayev Abşeronda vətəndaşları qəbul edib

CƏMİYYƏT

21 Fevral 2025 | 15:51

Emin Əmrullayev Abşeronda vətəndaşları qəbul edib

Elm və təhsil naziri Emin Əmrullayev Abşeron rayonunda vətəndaş qəbulu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qəbulda Abşeron, Sumqayıt, Xızı, Qubadlı və Zəngilan sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, tələbə köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.


SON XƏBƏRLƏR

21 Fevral 2025