• Bakı C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.7708

    RUB - 1.7061

Avropa Parlamentindən Belarusdakı prezident seçkiləri ilə bağlı ÇAĞIRIŞ

SİYASƏT

22 Yanvar 2025 | 17:39

Avropa Parlamentindən Belarusdakı prezident seçkiləri ilə bağlı ÇAĞIRIŞ

Avropa Parlamenti Avropa İttifaqını yanvarın 26-da Belarusda keçiriləcək prezident seçkilərinin nəticələrini tanımamağa və respublikanın hakimiyyət orqanlarına qarşı yeni sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, səsvermədən sonra parlament  Aİ, onun üzv dövlətləri və beynəlxalq ictimaiyyəti Aleksandr Lukaşenkonun prezident kimi legitimliyini tanımamağa çağırıb. 

AP bildirib ki, 2020-ci ildən fərqli olaraq, bu ay keçiriləcək seçkilərdə ona meydan oxuyacaq yalnız formal namizədlər var.

Belarus Xarici İşlər Nazirliyi Aİ-nin respublikada keçirilmiş prezident seçkilərinin tanınmaması ilə bağlı hazırlanmış bəyanatı "Belarusun işlərinə kobud müdaxilə" adlandırıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR