• Bakı C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.7708

    RUB - 1.7061

Azərbaycanın tələbləri Rusiya ictimaiyyətini iki yerə böldü: Həqiqətlərin deyilməsi Kremlin xoşuna gəlmir

SİYASƏT

22 Yanvar 2025 | 16:28

Azərbaycanın tələbləri Rusiya ictimaiyyətini iki yerə böldü: Həqiqətlərin deyilməsi Kremlin xoşuna gəlmir

“Azərbaycan prezidenti İlham Əlyevin Rusiyaya qarşı tələblərini dilə gətirməsindən sonra Rusiya ictimaiyyəti iki yerə parçalanmış vəziyyətə düşdü”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Fuad Abbasov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə Rusiya-Ukrayna müharibəsinə qarşı çıxan dairələr, demokratik və liberal görüşlü jurnalistlər, politoloqlar, eləcə də blogerlər Azərbaycan dövlət başçısının sərt tələblərinin tamamilə doğru olduğunu qeyd edir, bu addımı təqdirəlayiq sayır və dəstəkləyirlər:

"Amma Rusiya-Ukrayna müharibəsinin çılğın tərəfdarları, Kremlin indiki siyasətini dəstəkləyənlər, "zet" blogerlər, media, teleqram kanalları, bəzi politoloqlar isə əksinə Azərbaycan rəhbərliyinin mövqeyini əsassız tənqid edir, qərəzlərini hədsiz ifadələrlə dilə gətirirlər. Bu yanaşmanı "Azərbaycanın odla oynaması" kimi dəyərləndirirlər”.

Müsahibimizə görə, bütün bunlar onu göstərir ki, Rusiya ictimaiyyətinin irəli görüşlü, azad və sağlam düşüncəli şəxsləri Azərbaycanın haqlı mövqeyini anlayır və siyasətimizi dəstəkləyirlər. Eyni zamanda Rusiya ictimaiyyəti "zet" blogerlərin iddia etdiyi kimi təyyarənin düşürülməsində "pilotların günahkar olması" iddiasını dəstəkləmirlər:

“Əlbəttə, Rusiya hakimiyyətinin məqsədi bu cür təxribat dolu xəbərləri, dezinformasiyaları, tezisləri "Komsomolskaya pravda" kimi media orqanlarında tirajlamaqla ictimai fikri dəyişməkdir. Niyyətləri budur. Ancaq həmin mətbuat orqanlarının auditoriyası, izləyici sayı çox azdır. Rusiya ictimaiyyətində Azərbaycanı müdafiə edənlərin izləyiciləri, onlara şərh yazanlar daha çoxdur".

Fuad Abbasov: Rusiya ictimaiyyətində Azərbaycanı müdafiə edənlərin izləyiciləri daha çoxdur

F.Abbasov qeyd edib ki, Moskva bununla özünü "sudan quru çıxatmağa" çalışır:

"Qazaxıstan tərəfinin rəsmi şəkildə heç bir bəyanat vermədən rus mediasında çıxan əsassız versiyaları qəbuledilməzdir. Bütün bunların səbəbi Azərbaycanın müstəqil siyasət aparmasıdır. Keçmiş sovet ölkələrindən hansısa birinin özünü tam müstəqil aparması, siyasi iradə ortaya qoyması, həqiqətləri dilə gətirməsi Kremlin xoşuna gəlmir”.

“Rusiyanın ictimai rəyi dəyişmək siyasətinin arxasında nələrin durduğu da maraqlıdır. Görəsən, Rusiyada yaşayan azərbaycanlılara qarşı hər hansı fəaliyyət, təxribatmı planlaşdırılır?", - deyə Fuad Abbasov bilditrib.

Aydın Baxış


SON XƏBƏRLƏR