• Bakı 12° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Anar Zərdabinin heykəlinin yerinin dəyişdirilməsini TƏKLİF ETDİ

CƏMİYYƏT

08 Dekabr 2025 | 12:11

Anar Zərdabinin heykəlinin yerinin dəyişdirilməsini TƏKLİF ETDİ

"Azərbaycanda niyə bütün dükanlar market adlandırılır? Bu, doğru addım deyil".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perpsektivlər" mövzusunda konfransda Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar  çıxışı zamanı deyib.

O, Azərbaycan milli mətbuatının bamisi Həsən Bəy Zərdabinin İçərişəhərdə olan heykəlinin yerinin dəyişdirilməsini təklif edib.

"Azərbaycan Milli Ensiklopediyasının İçərişəhərdə yerləşən binasının qarşısında Həsən bəy Zərdabinin heykəli var. O, mətbuatımızın ilk qəzetinin baş redaktoru olub, ona görə də heykəlin yeri dəyişdirilməlidir".

Anar təkiif edib ki, həmin heykəl Şəhriyar klubu ilə üzbəüz Azərbaycan Dövlət Pedaqoji Universitetinin bağına köçürülsün.

Onun sözlərinə görə, Azərbaycanda heykəl köçürmək ənənəsi var. AYB sədri hüsab edir ki, eyni addım Həsən bəy Zərdabın heykəli üçün də tətbiq olunarsa, bu, həm ona olan hörmətimizi nümayiş etdirər, həm də ədalətli bir yanaşma olar ki, mədəniyyət və maarifin simvolu olan bu böyük şəxs restoranın qapısında oturmayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

07 Dekabr 2025