• Bakı 22° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Qusarda zəhərlənənlərdən XƏBƏR VAR: Baba öldü, nənə və nəvə isə...

CƏMİYYƏT

07 Yanvar 2026 | 11:05 | Müəllif: Qalib İbrahimoğlu

Qusarda zəhərlənənlərdən XƏBƏR VAR: Baba öldü, nənə və nəvə isə...

Yanvarın 7-də saat 00:50 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 2 nəfər (1 qadın, 1 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

1965-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir:

"Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2025-ci il təvəllüdlü şəxs yaxınlarının istəyilə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

Qeyd edək ki, hadisə nəticəsində 1962-ci il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb".

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR