Yevlax sakini nümunəvi addım atıb.
Bakıvaxtı.az-ın məlumatına görə, rayonun Qoyunbinəsi kənd sakini Nadir Allahverdiyev şəxsi hüsabına 920 metr uzunluğundakı kənddaxili yolları təmir etdirib.
N.Allahverdiyev cavan yaşında vəfat edən qızının xatirəsini bu yolla yad edib. O, ənənəvi ehsan mərasimi təşkil etməyərək, kəndin yollarını təmir etdirməyi üstün tutub.
Sakinlərin sözlərinə görə, yolun bərpası gündəlik gediş-gəlişi xeyli asanlaşdırıb, kənd üçün mühüm sosial fayda yaradıb.
Aynur Babazadə
Bakı 







