• Bakı C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

​​​​​​Kürəkən arvadını və onun ailəsini öldürməklə hədə​​​​​lədi - TƏFƏRRÜAT 

CƏMİYYƏT

07 Mart 2026 | 18:24

​​​​​​Kürəkən arvadını və onun ailəsini öldürməklə hədə​​​​​lədi - TƏFƏRRÜAT 

Xaçmaz rayonunda qayınananın keçmiş kürəkənlə bağlı mübahisəsi məhkəmə çəkişməsinə səbəb olub.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə 2026-cı il fevralın 18-də kəndlərin birində baş verib.

Məlumata görə, şikayətçi Tahirə (adlar şərti verilib - red.) bildirib ki, kürəkəni Nadir ilə qızı Nisə ailə qurub. Bu nikahdan 2022-ci ildə Mirvari adlı övladları dünyaya gəlib. Onlar bir müddət Rusiyada yaşayıblar. Daha sonra tərəflərin nikahı 2023-cü ildə ləğv edilib. Eyni zamanda qadın övladı ilə birlikdə Rusiyada yaşamağa davam edir.

Tahirənin sözlərinə görə, boşanmadan sonra Nadir uşağı bəhanə edərək Xaçmaz rayonunun kəndlərinin birində yerləşən evlərinə gələrək səs-küy salıb, onu və ailə üzvlərini nalayiq küçə söyüşləri ilə təhqir edib. Həmçinin son vaxtlar telefon vasitəsilə də təhqiramiz ifadələr işlədərək onları doğrayacağı ilə hədələyib.

Şikayətdə həmçinin qeyd olunub ki, Nadir əvvəllər də evli olub və Rusiyada yaşadığı həyat yoldaşını qəsdən öldürməkdə təqsirli bilinərək 2010-cu ildə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Şikayətçi həmin şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib.

Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindan və məhkəmə baxışının keçirilməsindən imtina olunub.


SON XƏBƏRLƏR