• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sürücülərə və şagirdlərə MÜRACİƏT

CƏMİYYƏT

06 Aprel 2026 | 18:21 | Müəllif: Subhan Mahmudov

Sürücülərə və şagirdlərə MÜRACİƏT

"Məktəb ətrafı ərazilərdə hərəkət edən sürücülər və piyadalar xüsusi diqqətli olmalıdır. Sürücülər sürət həddini minimuma endirməli, piyada keçidlərinə yaxınlaşarkən daha ehtiyatlı olmalı və uşaqların qəfil yola çıxma ehtimalını nəzərə almalıdırlar".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatında deyilir. 

"Piyadalar, xüsusilə şagirdlər, yolu yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli, diqqəti yayındıran amillərdən uzaq durmalıdır.

Valideynlər isə uşaqlara yol hərəkəti qaydalarını mütəmadi izah etməli və onlara şəxsi nümunə göstərməlidirlər.

Unutmayaq ki, təhlükəsiz mühit yalnız qaydalara riayət etdikdə mümkündür. Qaydalara riayət etmək isə sürücülərin, piyadaların və digər yol iştirakçılarının təhlükəsizliyini təmin edir", - deyə qurumun müraciətində deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026