q
  • Bakı 14° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

22 yaşlı qızı əmisi istismar etdi 

CƏMİYYƏT

06 May 2026 | 17:49

22 yaşlı qızı əmisi istismar etdi 

Bakı şəhər Nizami rayon sakini 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edir.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib.

Gənc qız bildirib ki, bir müddət əvvəl 33 yaşlı əmisi A.Qasımlı tərəfindən cinsi istismara məruz qalıb. O, məsələ ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə müraciət etdiyini və buna görə atası və əmisi tərəfindən təhdid edildiyini deyib: “A.Qasımlı mənim köhnə e-mail hesablarımı, yazışmalarımı və sair şəxsi video və şəkillərimi qanunsuz şəkildə əldə edərək əleyhimə sübut olaraq istifadə etməyə çalışır. Eyni zamanda atam da məni dəlixanaya saldırmaq üçün təhdidlər edir”.

N.Şirəliyeva videomüraciətində aidiyyəti qurumların məsələni nəzarətə götürməsini istəyib. O, videonu paylaşdıqdan sonra başına hər hansı hadisə gələcəyi təqdirdə adını çəkdiyi yaxınlarının məsuliyyət daşımalı olduğunu əlavə edib.

Əldə etdiyimiz məlumata görə, səsləndirilən iddia və ittihamlarla bağlı polis tərəfindən araşdırma aparılır.


SON XƏBƏRLƏR