• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Karaca Group" cərimələndi

CƏMİYYƏT

06 May 2026 | 16:01 | Müəllif: Əli Hüseynov

"Karaca Group" cərimələndi

"Karaca Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) Nərimanov rayonunda yerləşən "Karaca" qab-qacaq satışı mağazası barəsində inzibati protokol yazılıb.

Bakıvaxtı.az "Teleqraf"a istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən MMC-yə məxsus mağazada yoxlama aparılıb.

MMC-yə məxsus "Karaca" qab-qacaq satışı mağazasında aparılan yanğın texniki müayinə zamanı məlum olub ki, yanğın təhlükəsizliyi qaydalarının tələbləri pozulub.

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol yazılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə MMC 350 manat cərimə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026