Bu ilin may ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 54,22 % təşkil edib.
Bakıvaxtı.az-ın "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, aprel ayına nisbətən 0,05 faiz bəndi, 2025-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə 23,55 faiz bəndi azdır. Mobil cihazların bazar payı illik ifadədə 30 % azalıb.
Kompüterlərin bazar payı ay ərzində 0,17 faiz bəndi, illik müqayisədə isə 23,92 faiz bəndi artaraq 45,35 % olub.
Mayda planşetlərin bazar payı 0,43 % təşkil edib. Bu göstərici ay ərzində 0,12 faiz bəndi, bir il əvvələ nisbətən isə 0,33 faiz bəndi azalıb.
Bakı 




